İsrail Hərbi Hava Qüvvələri və pilotsuz təyyarələri Livanın cənub və şərqindəki yaşayış məntəqələrinə davamlı olaraq zərbələr endirir, son 24 saat ərzində 21 nəfərin ölümünə, 126 nəfərin yaralanmasına səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yayımlanan hesabatında deyilir ki, 2 martda hərbi eskalasiyanın başlamasından bəri ölənlərin ümumi sayı 3433-ə, yaralıların sayı isə 10395-ə çatıb.
Səhiyyə Nazirliyi xilasedicilərin dağıntıları təmizləməyə davam etdiyini və günün sonuna qədər qurbanların və yaralıların sayının arta biləcəyini qeyd edib.