ABŞ hökuməti Macarıstana Rusiya nefti və qazı ilə bağlı sanksiyalardan azadolma hüququ verib.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, noyabrın 7-də Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Tramp ilə razılığa gəliblər ki, Macarıstan "Dostluq" neft kəməri və "Türk axını" qaz kəməri vasitəsilə enerji təchizatını davam etdirə biləcək:
"Brüssel dərhal reaksiya verdi. Onlar bildirdilər ki, Macarıstan ABŞ sanksiyalarından azad olunsa da, 2027-ci ildən Rusiyadan enerji idxalını dayandıracaqlar. Onlar müharibəni və sanksiyaları davam etdirmək niyyətindədirlər".
Macarıstan Baş naziri əlavə edib ki, hökuməti bu qərarla razılaşmayacaq: "Biz bu məsələdə öz mövqeyimizi açıq şəkildə bildirəcəyik".