İranın “Mahan Air” aviaşirkətinin Türkiyə və Omana həyata keçirdiyi bəzi uçuşlar ləğv edilib.
APA-nın Tehran bürosunun məlumatına görə, aviaşirkət bununla bağlı açıqlama yayıb.
“Türkiyənin səlahiyyətli qurumlarının bildirdiyinə görə, aviaşirkətin İrandan İstanbul və Ankaraya, eləcə də əks istiqamətdə həyata keçirdiyi uçuşlar sentyabrın 21-dən etibarən növbəti bildirişədək yerinə yetirilməyəcək”, – açıqlamada bildirilib.
“Mahan Air” həmçinin Omanın səlahiyyətli aviasiya qurumlarının məlumatına əsasən, “Tehran–Maskat” reysinin sabahdan etibarən növbəti bildirişədək ləğv ediləcəyini açıqlayıb.
Qeyd edək ki, İranın digər aviaşirkətləri Türkiyə və Omana uçuşlarını davam etdirir.