Fransız “Le Figaro” qəzeti Prezident Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında Vyetnam səfəri zamanı yaşandığı iddia edilən gərginliyin yeni səbəbini gündəmə gətirib.
Sherg.az xəbər verir ki, jurnalist Florian Tardifin iddiasına görə, gərginliyin arxasında Makronun İran əsilli fransız aktrisa Golshifteh Farahani ilə mesajlaşmaları dayanır. İddiaya əsasən, Bricit Makron ərinin telefonunda “Çox gözəlsən” kimi mesajlar görüb və bu, cütlük arasında narazılıq yaradıb.
Hadisə daha əvvəl Vyetnamın Hanoi şəhərində kameralara düşən və Bricit Makronun ərinə toxunması ilə “sillə” kimi şərh edilən görüntülərlə gündəmə gəlmişdi. Prezident isə bunu “sadəcə zarafatlaşma” kimi izah etmişdi.
Məsələ Fransada geniş müzakirələrə səbəb olub, lakin Yenisey Sarayı iddiaları rəsmi şəkildə təsdiqləməyib.
