Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik

Fransa Prezidenti Emmanuel Makron Rusiya ordusunun Kiyev və ətraf bölgələrə endirdiyi son zərbələri pisləyib.

APA xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Raket və dronlarla həyata keçirilən bu terror siyasəti qəbuledilməzdir”, – Fransa lideri bildirib.

Onun sözlərinə görə, hər yeni hücum Rusiyanın təcavüzünə görə məsuliyyət daşımalı olduğu həqiqətini bir daha təsdiqləyir.

“Ukraynanın yanında olaraq biz nə yorğunluğa, nə də təhdidlərə boyun əyəcəyik”, – Makron qeyd edib.

Fransa Prezidenti əlavə edib ki, Avropa İttifaqı və tərəfdaşları yeni sanksiyalar da daxil olmaqla Rusiyaya qarşı təzyiqləri artıracaq, eyni zamanda Ukraynanın özünü müdafiə etməsi və əhalisini qoruması üçün hərbi dəstəyi gücləndirəcək.