Mask: “Biz milyonlarla il yaşı olan yadplanetliləri tapacağıq” - VİDEO
Yusif Nəzərli
14:48 14.11.2022
Dünya
458
“Tesla”nın baş direktoru və “Twitter”in yeni sahibi İlon Mask G20 sammiti çərçivəsində keçirilən konfransda videobağlantı vasitəsilə çıxış edərək gələcəyə dair fikirlərini təqdim edib.
Sahibkarın sözlərinə görə, o, gələcəkdə yerin dərinliklərində qazılmış tunellərdən istifadə etməklə tıxaclara qarşı mübarizənin reallaşacağını, raketlə Yer kürəsi ətrafında bir saatdan az vaxta dövrə vurulacağını və kosmosda yadplanetlilərlə təması görür.
“Ola bilsin ki, biz orada milyonlarla il yaşı olan yadplanetliləri tapacağıq”, - deyə milyarder bildirib.
Maskın sözlərinə görə, tıxacla mübarizə aparmaq üçün uçan avtomobillərdənsə yeraltı tunellər yaxşıdır.
“Çünki belə olarsa, avtomobillər başınıza düşməyəcək”, - deyə o bildirib.
Qeyd edək ki, Maskın videoçıxışı zamanı dinləyicilər onun yalnız üzünü və əllərini görüblər, ekranın qalan hissəsi qara olub. Sahibkar zəngə üç dəqiqə qalmış işığının kəsildiyini izah edib və enerji gələcəyi ilə bağlı müzakirələri şam işığında danışmaqda ironiya gördüyünü bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi