Məhkəmə hakimi: "Bu baş verərsə Saakaşvili birbaşa azadlığa buraxılacaq"
13:01 28.11.2021
Dünya
921
"Ədliyyə Nazirliyi bazar ertəsi Mixeil Saakaşvilini məhkəməyə gətirməsə, məhkəmə iclası keçirilməyəcək".
24News.ge xəbər verir ki, bu sözləri Mixeil Saakaşvilinin 29 noyabrda keçiriləcək məhkəmə prosesinin hakimi Liana Orkodaşvili, verdiyi müsahibəsi zamanı deyib.
O, həmçinin, Preziden Salome Zurabişvilinin Mixeil Saakaşvilini əfv edəcəyini desə, bu zaman Saakaşvili barəsində yenidən hökm oxumayacaqlarını bildirib:
"Saakaşvilinin həbsdə qalmaq qərarını ləğv etməsəydik, Salome Zurabişvili onu əfv etsə belə, yenə də həbsdə qalacaqdı.
Hazırda Salome Zurabişvili onu əfv edərsə, Saakaşvili haqqında heç bir həbs qətimkan tədbiri olmayacaq və o birbaşa azadlığa buraxılacaq".
Hakim, Saakaşvilinin 29 noyabr tarixindəki məhkəmə iclasına çıxarılacağına ümid etdiyini, əks halda hakimlərin onun barəsində qərar çıxarmayacaqlarını bildirib:
"Yəqin ki, heç kim konsuliumun əleyhinə gedərək Saakaşvilinin məhkəməyə çıxarılmaması kimi davranışa cəsarət etməz. Onu məhkəməyə gətirməsələr, məsələni müzakirə etməyəcəyik. Güman edirəm ki, o iclasa gələcək. Aldığım məlumata görə, fiziki olaraq vəziyyəti də yaxşıdır".
Məhkəmə iclasına gətirildiyi zaman Saakaşvilinin çıxış etməsinə gəldikdə isə hakim buna imkan yaradacağını bildirib:
"Mixeil Saakaşvili ölkənin üçüncü prezidentidir və buna görə də məhkəmə zalından ictimaiyyətə müraciət etməsini təmin edəcəm".
Sabiq prezidentin məsələsinə beynəlxalq məhkəmə və hakimlər tərəfindən baxılma ehtimalı barəsində sualı cavablandıram Liana Orkoaşvili, bunu Gürcüstan məhkəmə sistemi və hakimlər üçün bir təhqir olduğunu bildirib:
"Mən, bir hakim olaraq hesab edirəm ki, bu bir təhqirdir. Belə çıxır ki, güya Gürcüstanda biz ədalətli qərar qəbul edə bilməyən və cəsarəti olmayan hakimlərik. Bu məsələni niyə Lia Orkodaşvili deyil, bir başqası müzakirə etməlidir? Onlar mənim keçmişimə nəzər salsınlar", - deyə hakim L. Orkodaşvili bildirib.
Qeyd edək ki, sabiq prezidentin növbəti məhkəmə iclası 29 noyabr tarixində baş tutacaq. Onun məhkəmə iclasına qatılıb-qatılmayacağı isə hələlik məlum deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə