Məhkəmədən öncə gərginlik: İmamoğlu tərəfdarları ilə jandarm toqquşdu

Türkiyənin İstanbul şəhərinin həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlu “saxta diplom işi” çərçivəsində 2 ildən 6 aya - 8 ildən 9 aya qədər həbs cəzası tələbiylə ikinci dəfə hakim qarşısına çıxır.
Teleqraf xəbər verir ki, proses İstanbulda Asliye Cəza Məhkəməsinin zalının kifayət etməməsi iddiası ilə Silivridəki qapalı Mərmərə cəzaçəkmə müəssisəsinin 1 nömrəli məhkəmə zalında keçiriləcək.

İclasdan əvvəl zalda tamaşaçı kimi iştirak etmək istəyən kütlə ilə jandarm arasında gərginlik yaranıb. Qurulan baryerləri aşaraq zalın qarşısına gələnlər içəri girmək istəyərkən jandarm ilə toqquşma baş verib.

Qarşıdurma nəticəsində zala girişlər bağlanıb. Gərginlik aradan qalxdıqdan sonra iclasın başlaması gözlənilir.