Merkel: “Ürəyim qan ağlayır”

Almaniyanın keçmiş kansleri Angela Merkel Saksoniya-Anhalt əyalətində Almaniya üçün Alternativ Partiyasının (AfD) seçkidəki uğurunu Almaniya siyasəti üçün “əsl dönüş nöqtəsi” adlandırıb.

Sherg.az xəbər verir ki, Almaniyanın Xristian Demokrat İttifaqının üzvü olan Merkel nəticənin onu şoka saldığını bildirərək, “CDU üzvü kimi ürəyim qan ağlayır” deyib.

Merkel AfD-nin, xüsusilə sosial mediada, geniş auditoriyaya çıxış əldə etdiyini vurğulayıb. O, demokratik partiyaların ənənəvi siyasi kommunikasiya üsulları ilə kifayətlənməməli, vətəndaşlarla onların olduğu platformalarda, o cümlədən TikTok kimi sosial şəbəkələrdə daha fəal əlaqə qurmalı olduğunu bildirib.

Keçmiş kansler siyasi partiyaların bütün seçicilərə eyni şüarla müraciət etməsinin artıq kifayət etmədiyini də qeyd edib. Onun sözlərinə görə, insanlar getdikcə daha çox öz informasiya dünyalarını formalaşdırır və siyasətçilər bu reallığa uyğunlaşmalıdır.