Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirir ki, Həştərxan vilayətində saxlanılan Moldova vətəndaşı Nikolaye Koçu Ukrayna xüsusi xidmətlərinin tapşırığı ilə Rusiya generalını öldürməli olduğunu etiraf edib.
FSB-nin yaydığı videoda saxlanılan şəxs Rusiyaya generalın öldürülməsi tapşırığı ilə göndərildiyini bildirib.
Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, 2025-ci ildə Ukraynada əməkdaşlığa cəlb edilən Moldova vətəndaşı Kiyevdə mina-partlayıcı və atıcılıq hazırlığı keçib. O, 2026-cı ilin iyununda yüksək rütbəli hərbçini öldürmək tapşırığını yerinə yetirmək üçün Rusiyaya gəlib.
Bildirilir ki, şübhəli şəxs Rusiyanı tərk etməyə cəhd göstərərkən saxlanılıb. Onun sentyabrın 3-də Saratov vilayətinin Engels rayonunda yüksək rütbəli rusiyalı hərbçiyə qarşı sui-qəsd cəhdində iştirak etdiyi qeyd olunur.