- Bu gün Moskva bölgəsində genişmiqyaslı əməliyyat keçirdik. Bu dəfə hədəflərə olan məsafə 500 kilometrdən çoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski videomüraciətində bildirib.
O vurğulayıb ki, Moskva bölgəsi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən çox ciddi qorunur və ona görə də bu hücum xüsusi əhəmiyyət daşıyır:
“Bu əməliyyat məsafəsi vəziyyəti və Rusiya müharibəsi ilə bağlı ümumi qlobal qavrayışı əhəmiyyətli dərəcədə dəyişdirir”.
Qeyd edək ki, bu gün Ukrayna ordusu Moskvaya total hücuma keçib.