
Müharibə oyuna çevrildi: Ukrayna ordusunda “öldür – qazan” dövrü
12:53 18.07.2025
Dünya
482
Ukrayna, Rusiyanın sayca üstün ordusuna qarşı apardığı mübarizədə bir daha texnoloji yaradıcılığı ilə diqqət mərkəzinə düşüb.
Sherg.az xəbər verir ki, Kiyev rəhbərliyi cəbhədə xidmət edən bölmələrin həm döyüş effektivliyini, həm də motivasiyasını artırmaq üçün müharibəni demək olar ki, “oyunlaşdıran” sistemə keçib: “Dron Ordusu: Bonus”, yaxud ictimaiyyətdə daha çox tanınan adı ilə e-xal proqramı.
Bu sistemə əsasən, hər bir rus əsgərinin öldürülməsi və ya hərbi texnikanın məhv edilməsi üçün xal verilir.
Toplanılan bu xallar sonradan müxtəlif hərbi avadanlıqların alınmasında istifadə edilir. Rəsmilər bu tətbiqi “müharibənin riyaziyyatı” kimi xarakterizə edir.

Əvvəllər bir rus əsgərinin öldürülməsi 2 xal qazandırırdısa, hazırda bu rəqəm 6-ya qaldırılıb.
Son dövrlərdə Rusiyanın kiçik qruplarla və motosikletli birliklərlə hücumlara üstünlük verməsi fərdi əsgərlərin əhəmiyyətini artırıb.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, bu e-xal sisteminə döyüşən bölmələrin 90 faizindən çoxu qoşulub. Sistem yalnız hərbi deyil, eyni zamanda psixoloji bir vasitə kimi də istifadə olunur. Rəsmilər deyir ki, “xal dəyərlərini dəyişdirdikdə motivasiyanın necə dəyişdiyini dərhal görə bilirik”. Bu yolla cəbhə bölgəsində əhval-ruhiyyəyə nəzarət edilir.
Toplanan xallar sadəcə statistikada əks olunmur. Əsgərlər bu xalları “Brave 1 Market” adlı onlayn platformada istifadə edərək, dronlardan zirehli geyimlərə qədər 1600-dən çox məhsul arasından ehtiyaclarını qarşılayırlar. Məhsullar birbaşa istehsalçıdan alınır və ödənişi Müdafiə Nazirliyi həyata keçirir.
Bu sistem klassik hərbi təchizat üsullarına nisbətən daha sürətli və səmərəli alternativ təqdim etməyi hədəfləyir.
Xüsusilə ön cəbhədə döyüşən bölmələr üçün dronlara, dərmanlara və yaralıların təxliyəsi üçün istifadə edilən pilotsuz quru nəqliyyat vasitələrinə çıxış asanlaşıb.
Kiyevdə adı açıqlanmayan bir binada fəaliyyət göstərən görüntü analiz komandası hər gün minlərlə dron görüntüsünü araşdırır.
“Vurulmuş” və “məhv edilmiş” olmaqla iki fərqli kateqoriyada xal hesablanır. Ən diqqət çəkən məqamlardan biri isə, diri ələ keçirilən rus əsgərlərinin öldürülənlərdən daha çox xal qazandırmasıdır. Çünki əsirlər, sonradan aparılan dəyiş-düyüş danışıqlarında və siyasi razılaşmalarda böyük rol oynaya bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə