Müharibə real görünmür
21:23 31.08.2021
Dünya
459
Vaşinqtona iki ölkə ilə eyni anda mübarizə aparmaq çox çətindir
Moskva və Pekinin siyasəti hələ ki, strateji sabitliyə imkan vermir
“Üçüncü Dünya müharibəsi başlaya bilərmi” sualı son illərdə tez-tez səslənir. Həqiqətən dünyada baş verən kataklizmlər, müharibələr, əzələ nümayişləri, nüvə dövlətlərinin sayının artması gedişatın təhlükəli olduğunu göstərir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, “Ərəb baharı” Suriyaya çatdıqda böyük dövlətlərin qarşıdurması daha da gücləndi:
"Bu halda da Üçüncü Dünya müharibəsindən danışanların sayı artdı. İş o yerə çatdı ki, Roma Papası da “Üçüncü Dünya müharibəsi” ifadəsini səsləndirmək məcburiyyətində qaldı. Üçüncü Dünya müharibəsi” ilə bağlı yeni baxış Amerikadan gəldi. ABŞ-ın Hərbi-Dəniz Akademiyasının Strateji təhlillər kafedrasının müdiri Ceyms Holms “Nəşnl İnterest” dərgisində yayımladığı məqaləsində Üçüncü Dünya müharibəsinin başlanğıc nöqtəsini fərqli məkanda işarə edib: “Rusiya və Çinin Yaponiyaya qarşı ərazi iddiası əsasında bölgədə gərginlik artacaq və bu, Üçüncü Dünya müharibəsinə təkan verəcək”.
Amerikalı alimin sözlərinə görə, Moskva və Pekin Yaponiya torpaqlarının bir hissəsinə ərazi iddiası irəli sürə bilərlər:
“Moskva ilə Tokio arasında Kuril adalarına görə mübahisə davam edir. Bu mübahisə Moskvanı Tokioya qarşı əks-planlar hazırlamağa sövq edir. Bundan başqa, Pekin Yaponiyanın Senkaku adasına da iddia edir. Aydındır ki, əgər Rusiya və Çin adalara görə Yaponiyaya qarşı vahid cəbhə açarlarsa, Tokionun strateji müttəfiqi ABŞ işə qarışmalı olacaq. Amerikalı alim Vaşinqtonun Tokioya dəstəyini artırmasının vacibliyini bildirib. Onun sözlərinə görə, əks halda Çin Rusiya ilə birgə Yaponiyaya qarşı aqressiyanı gücləndirəcəklər”.
Politoloqun sözlərinə görə, Yaponiyanın hər hansı bir dövlətə qarşı müharibə aparmaq planı yoxdur:
“Buna baxmayaraq, Tokio Kuril adalarının geri qaytarılması siyasətindən əl çəkmir və Pekinin ona qarşı ərazi iddiasını rədd edir. Pekin isə hesab edir ki, Yaponiya İkinci Dünya müharibəsinin nəticələrindən hələ dərs çıxarmayıb. Yəni Pekinin fikrincə, əgər Yaponiya İkinci Dünya müharibəsində məğlub olubsa, üstündən uzun onilliklər keçdikdən sonra da Tokio hələ də məğlubiyyətin acısını yaşamalı və haqqını tələb etməməlidir.
Yaponiya keçmiş səhvlərindən nəticə çıxarıb, aqressiv siyasət yürütmür, müharibələrdə iştirak etmir, nüvə dövləti olmağa çalışmır və s. Eyni sözləri Rusiya və Çin haqqında demək mümkün deyil.
Bu arada, bəzi mütəxəssislərin fikrincə, Vaşinqton Moskva ilə münasibətlərdə strateji sabitliyə nail olmağı arzulayır. Ancaq Moskva və Pekinin siyasəti hələ ki, strateji sabitliyə imkan vermir. Vaşinqtonda onu da anlayırlar ki, Amerikanın həm Rusiya, həm də Çinlə mübarizə aparması çətindir. Bu siyasət Moskva ilə Pekini bir-birinə daha da yaxınlaşdırır. Amerika keçmişdə kommunist Çinlə münasibətləri normallaşdıraraq kommunist SSRİ ilə mübarizə aparırdı. Vaşinqtonun 1970-1980-ci illərdə yürütdüyü bu siyasət bəhrəsini verdi, SSRİ dağıldı. İndi isə əksinə, Vaşinqton Çini hədəf seçərək Rusiya ilə münasibətlərdə bütün çətinliklərə baxmayaraq, dialoqunu genişləndirməyə çalışır.
Ancaq Kreml son illərdə ətrafda o qədər problem yaradıb ki, Vaşinqtonla dialoq alınmır. Kreml bunun əvəzində Pekinlə müttəfiqliyi gücləndirməyə çalışır. Avqustun 13-də Çində Rusiya ilə birgə hərbi təlimlər başladı. Təlimlərdə hər iki ölkədən 10 min hərbçi və yüzlərlə hərbi texnika iştirak edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət