
Münaqişənin əsas həlli ilk növbədə Fələstin dövlətinin tanınmasından keçir -Politoloq
11:22 14.10.2025
Dünya
529
Yaxın Şərqdə onilliklərdir davam edən Fələstin-İsrail münaqişəsi regional və qlobal sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Müxtəlif vasitəçilik cəhdlərinə və müvəqqəti atəşkəslərə baxmayaraq, problemin köklü həllinə nail olunmayıb. Son günlərdə Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalanıb. Bu sənəd Türkiyə, Qətər, ABŞ və Misir liderlərinin iştirakı ilə razılaşdırılıb və tərəflər arasında silahlı toqquşmalara son qoymaq məqsədi daşıyır. Lakin bu təşəbbüsün davamlı sülhə çevrilməsi üçün daha fundamental addımların atılması daha vacib sayılır.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında münaqişənin əsas həllinin ilk növbədə Fələstin dövlətinin tanınmasından keçdiyini bildirib:

"ABŞ Prezidentinin birbaşa vasitəçiliyi ilə HƏMAS və İsrail arasında atəşkəs razılaşması imzalanıb. Bu hadisəni bəzi dairələr Yaxın Şərqdə “sülh sammiti” kimi qiymətləndirsə də, əslində bu, yalnız silahlı qarşıdurmanın müvəqqəti dayandırılmasıdır. ABŞ prezidenti Donald Tramp isə bu razılaşmanı “3 min illik Fələstin-İsrail münaqişəsinə son qoyulması” kimi təqdim edir. Halbuki ortada hərtərəfli sülh razılaşması və ya münaqişənin köklü həlli yoxdur. Münaqişənin əsas həlli ilk növbədə Fələstin dövlətinin tanınmasından keçir. ABŞ və İsrail Fələstini suveren bir dövlət kimi tanımalı, Şərqi Qüds olmasa belə, mövcud sənədlər əsasında Fələstin dövlətinin statusu qəbul edilməlidir. Əgər bu baş verməyibsə, baş tutan görüşü “sülh sammiti” adlandırmaq reallığa uyğun deyil".
Ekspert söyləyib ki, imzalanan atəşkəs sənədi iki il davam edən Qəzza müharibəsinə son qoyur, HƏMAS-ın idarəçilikdən uzaqlaşdırılmasını və İranın regiondakı proksi qüvvələrinin zəiflədilməsini nəzərdə tutur:
"Lakin Fələstin-İsrail münaqişəsi yalnız o zaman həll olunmuş sayılacaq ki, iki dövlətli həll planı qəbul ediləcək və Fələstin BMT-yə tamhüquqlu üzv olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya