“NATO Ukrayna-Polşa sərhədində qatara edilən hücuma Kiyevə dəstəyi artırmaqla cavab verəcək”.
Teleqraf xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.
“Bizim cavabımız özünümüdafiə üçün hər şeyə sahib olması üçün Ukraynaya dəstəyi artırmaqdır”, - o bildirib.
Mark Rutte vurğulayıb ki, bu hadisə Rusiyanın ümidsizliyini göstərir.
NATO baş katibi Moskvanın Qərb ölkələrinin Ukraynanı dəstəkləməsinin qarşısını almağa və onların birliyini pozmağa çalışdığını qeyd edib.