Oxuyub kəndə döndü
Oxuyub kəndə döndü
09:50 03.04.2024
Dünya
576
Cəmi 10 ev olan kənddə bəslədiyi inəklərdən 600 litrə yaxın süd alır
Ankara Universitetinin astronomiya və kosmik elmlər bölümündən məzun olan Əminə Çölkuşunun həyat hekayəsi işgüzar insanların nələrə nail ola biləcəyinə bir sübutdur.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Əminə Yozqatın Gözəlqaya kəndində anadan olub. 13 yaşına qədər bu kənddə yaşayıb. Sonra ailə Ankaraya köçüb. Əminə burada təhsilini davam etdirib, Ankara Universitetinə daxil olub. 15 ildən sonra valideynləri doğma yurda qayıdıb və heyvandarlıqla məşğul olmağa başlayıblar. Əminə isə Ankarada qalıb və müxtəlif şirkətlərlə əməkdaşlıq edib. Bir müddət sonra o da valideynlərinin yanına gedib. Valideynlərinin yaşadığı kənddə cəmi 10 ev var. Bu kənddə Əminənin yaşıdı da yoxdur. Amma bu, Əminənin heyvandarlığa olan marağını və fərdi təsərrüfatla məşğul olmaq əzminə təsir etməyib. Qolunu çırmayıb işə başlayan Əminənin indi 100 baş iribuynuzlu heyvanı var. “Kiçik bir kənddə yaşayırıq. 100 baş heyvanımız var. Səhər tezdən durub yeməyimizi yeyir və işə başlayırıq. Əvvəlcə toyuqlara, qazlara baxıram. Sonra axuru təmizləyirəm. Heyvanların yemini, suyunu verirəm. Yeni doğulmuş buzovlara baxıram, xəstələnməsinlər deyə peyvəndlərini vurdururam. Sonra atlara qulluq edirəm. Kənddə günlər ağır keçir. Amma mən çətinlikdən qorxmuram”, söyləyən Əminə bəslədiyi inəklərdən 600 litrə yaxın süd əldə etdiyini, süddən yağ, pendir, qaymaq tutduqlarını deyib. Valideynləri Əminənin paytaxtı tərk edib kəndə döndüyünə sevinirlər. “Kəndə qayıdanda atam, anam çox sevindi, çünki təsərrüfatda kömək lazımdır. Mən də onlara köməkçi oldum. Burada internet yox idi. Rəfiqələrimlə, tələbə yoldaşlarımla əlaqə saxlaya bilmirdim. İndi internetimiz var. Buradakı işlərimi onlara canlı göstərirəm. Çox təəccüb edirlər. Bu qədər işə necə vaxt çatdırdığımı soruşurlar. Mən də onlara bu işi sevdiyimi deyirəm. Heyvanları çox sevirəm. Hansısa bazar satışa çıxarılanda kədərlənirəm. Onlardan ayrılmaq istəmirəm. Buzovlarısa lap çox sevirəm. Analarına yaxınlaşmalarını, süd əmməklərini, atlanıb-düşmələrini seyr edirəm, bu mənə motivasiya verir”, söyləyən Əminə kəndin yol problemi olduğunu deyib. Bu səbəbdən məhsullarını bazara çıxarmaqda çətinlik çəkdiklərini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya