Pakistan ordusu əməliyyat keçirib: 22 silahlı zərərsizləşdirilib

Pakistanın təhlükəsizlik qüvvələri kəşfiyyat məlumatı əsasında keçirdiyi əməliyyat zamanı silahlı dəstənin 22 üzvünü zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, əməliyyat ölkənin şimal-qərbindəki Xeybər Paxtunxva əyalətinin Bannu rayonunda keçirilib.

Pakistan ordusunun açıqlamasında bildirilir ki, təhlükəsizlik qüvvələri yaraqlıların sığınacağına atəş açıb və intensiv atışma nəticəsində dəstə üzvləri məhv edilib.