Bu post Paşinyan və Putin arasında mübahisə doğururdu. Mirzoyanın siyasi fiqur kimi əvvəlkilərdən seçildiyi deyilir. Yayılan məlumatlarda Mirzoyanın xarici işlər naziri vəzifəsini qəbul etmək istəmədiyi bildirilirdi. Aydın məsələdir, bu gün Ermənistanda bu vəzifənin məsuliyyətini götürmək böyük cəsarət tələb edir. Görünür, Mirzoyanı razı sala biliblər.
Paşinyanın növbəti uğursuz kadr islahatı
Turan
06:48 20.08.2021
Dünya
587
Xarici işlər naziri təyin olunan Ararat Mirzoyan cəmiyyətdə çirkli obraza sahibdir
Ermənistanda Nazirlər Kabineti formalaşmaqda davam edir. Prezident Armen Sarkisyan Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri təyin olunması ilə bağlı fərman imzalayıb. 1979-cu ildə İrəvanda doğulan Ararat Mirzoyan deputat, Ermənistan parlamentinin sədri, 2018-2019-cu illərdə isə baş nazirin müavini kimi siyasi fəaliyyətini davam etdirib. Nazirlər Kabinetində məhz xarici işlər naziri postu uzun zaman boş qalmışdı.
Bu post Paşinyan və Putin arasında mübahisə doğururdu. Mirzoyanın siyasi fiqur kimi əvvəlkilərdən seçildiyi deyilir. Yayılan məlumatlarda Mirzoyanın xarici işlər naziri vəzifəsini qəbul etmək istəmədiyi bildirilirdi. Aydın məsələdir, bu gün Ermənistanda bu vəzifənin məsuliyyətini götürmək böyük cəsarət tələb edir. Görünür, Mirzoyanı razı sala biliblər.
Xatırladaq ki, bundan əvvəl xarici işlər naziri funksiyasını bu yaxınlarda birinci müavin təyin olunan Armen Qriqoryan icra edirdi. Ermənistan xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilən Armen Qriqoryan isə yenidən Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin olunub. Bununla bağlı Baş nazir Nikol Paşinyan fərman imzalayıb.
Erməni hökumətindəki yeni təyinatlarla bağlı “Şərq”ə danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, növbədənkənar parlament seçkisindən xeyli vaxt keçsə də, Nikol Paşinyan ölkədə kadr təyinatlarını həyata keçirə bilmir. Ekspertə görə, bunun əsas səbəbi Ermənistanda diplomatik qalmaqalın və siyasi böhranın yaşanmasıdır: “Uzun müddətdir Ermənistanın Xarici İşlər Nazirliyi sistemində və diplomatik korpusunda böyük qalmaqallar müşahidə olunur. Paşinyan komandasının içində ikitirəlik var və baş nazir öz iqtidar nümayəndələrinə güvənmir. Ona görə də normal kadrlar üzə çıxmır. Bunu kompensasiya etmək üçün Ermənistan cəmiyyətində kifayət qədər çirkli obraza malik Ararat Mirzoyan XİN rəhbəri təyin olunur. Eyni zamanda Armen Qriqoryan da yenidən Milli Təhlükəsizlik Şurasına sədr gətirilib. İki kadr təyinatı Paşinyanın növbəti uğursuz kadr islahatıdır. 10 noyabr bəyanatı imzalanarkən Ararat Mirzoyan İrəvanda erməni vətəndaşlar tərəfindən linç edilmişdi. Xalq arasında nüfuzu olmayan, kirlənmiş obraza malik bir fiqurun ölkənin xarici siyasətinə rəhbər gətirilməsi mövcud hökumətin nə qədər çarəsiz olduğunu göstərir. Ermənistanda normal savadlı kadrlar tapılmır, olanlar isə çoxdan ölkəni tərk ediblər. İctimai rəydə reputasiyası mənfi olan şəxslərdən başqa mühüm postlara gətiriləcək adam qalmayıb. Şübhə yox ki, bu cür təyinatlar Ermənistanda növbəti hökumət böhranına səbəb olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya
Zaxarova: Rusların öldürülməsinə çağırışlar yolverilməzdir
11:44 12.08.2026
Gündəm