İran Prezidenti Məsud Pezeşkian BRICS-in ölkəsinə Hörmüz boğazından keçən ticarət marşrutunun faktiki bağlanması şəraitində alternativ ticarət imkanları yaratmağa və digər ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirməyə kömək edə biləcəyini bildirib.
Sherg.az xəbər verir ki, Pezeşkian bu barədə India Todayə müsahibəsində danışıb. Onun sözlərinə görə, Tehran qonşu dövlətlərlə və digər tərəfdaşlarla əlaqələri gücləndirməklə ticarəti davam etdirmək niyyətindədir.
“BRICS bizə bu bağlanmış marşrutu açmağa imkan verən platformalardan biridir. Qonşularımız və digər ölkələrlə əlaqələrimiz isə ticarət və qarşılıqlı əlaqələri yaxşılaşdırmağın yollarından biridir. Dəniz yolları, əlbəttə, daha əlverişlidir, lakin yeganə imkan deyil. Onlar bağlanarsa, biz təslim olmayacağıq”, - deyə Pezeşkian bildirib.
İran lideri həmçinin ABŞ-ın regiona zərbələrindən sonra Tehranın susqun qala bilməyəcəyini deyib. Onun sözlərinə görə, Vaşinqton hərbi yolla əldə edə bilmədiyi məqsədlərə indi iqtisadi tədbirlər vasitəsilə nail olmağa çalışır.
Pezeşkian müsahibəni sentyabrın 12-13-də Yeni Dehlidə keçirilən BRICS-in XVIII sammiti fonunda verib.
Hörmüz boğazı dünya bazarına neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz tədarükünün əsas marşrutlarından biridir. Gəmiçiliyin pozulması bir sıra ölkələrdə enerji daşıyıcıları və yanacağın qiymətlərinin artmasına səbəb olub.