
Politoloq: Lavrov-Rubio görüşü Ukrayna ilə bağlı konkret nəticə vəd etmir
09:22 10.07.2025
Dünya
306
Çünki Rusiya-Ukrayna müharibəsi daha çox Tramp və Putinin gündəliyindədir
Bu gün Malayziyanın paytaxtı Kuala Lumpurda ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş baş tutacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu, Rubio və Lavrov arasında ikinci görüş olacaq.
Politoloq Taleh Əliyev Sherg.az-a deyib ki, ABŞ-ın dövlət katibi Mark Hrubi ilə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Malayziyanın paytaxtı Kuala Lumpurda baş tutan görüşünü mən birbaşa Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirmir:

"Çox güman ki, bu görüşdə ABŞ ilə Rusiya arasında çoxşaxəli münasibətlər və onların inkişafı ilə bağlı müxtəlif məzmunlu mövzular müzakirə ediləcək. Çünki demək olar ki, Rusiya-Ukrayna müharibəsi daha çox Tramp və Putinin gündəliyindədir. Bu məsələ ilə bağlı tərəflərin ciddi razılıq əldə etməsi real görünmür. Razılığın mümkün olmamasının əsas səbəblərindən biri Rusiyanın hələ də öz imperialist ambisiyalarından geri çəkilməməsidir. Digər tərəfdən, ABŞ da Ukrayna ilə bağlı təkbaşına qərar verəcək gücdə deyil və ya ən azı mövcud mənzərə belə görünür. Çünki Ukraynanı kollektiv Qərb dəstəkləyir. Xüsusilə Avropa cəbhəsi və Qərb dövlətləri Ukraynaya hərbi, maliyyə, kəşfiyyat və humanitar dəstək daxil olmaqla geniş spektrdə yardım göstərirlər. Onlar bu müharibədə Ukraynanın məğlubiyyətini Avropanın öz məğlubiyyəti kimi qiymətləndirirlər. Həmçinin Ukraynanın təhlükəsizliyini Avropanın təhlükəsizliyi qədər ciddi şəkildə müdafiə edirlər. ABŞ bu məsələdə geri addım atmayacaq və Ukrayna cəbhəsində Rusiyaya qarşı ciddi güzəştlərə gedilməyəcək".
Analitikin sözlərinə görə, hazırkı görüş Rusiyayla dünyanın digər regionlarında baş verən vacib məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıya bilər:
"Eyni zamanda, epizodik olaraq Rusiya-Ukrayna münaqişəsi ilə bağlı da fikirlər səsləndiriləcək. Çünki bu mövzuya toxunulmadan tərəflər arasında təmasların ictimaiyyətə təqdim edilməsi qeyri-səmimi görünə bilər. Hər iki ölkənin liderləri hazırda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı birbaşa danışıqlar prosesində iştirak edirlər. Amma bu danışıqlardan münaqişənin həlli istiqamətində real və pozitiv nəticələr gözləmək mənasızdır. Bu görüşü daha çox iki ölkə arasında dünyanın müxtəlif regionlarında və sahələrindəki maraqların aydınlaşdırılması və ya yenidən müzakirəsi baxımından keçirilən növbəti diplomatik təmas kimi xarakterizə etmək daha doğru olardı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
14:12 25.07.2026
Gündəm
"ChatGPT"-nin işində fasilələr yarandı
14:09 25.07.2026
Texnologiya
Hökməli qəsəbəsində avtomobil yandı
13:45 25.07.2026
Hadisə
PUA hücumu nəticəsində Tümen NEZ-də yanğın baş verib
13:17 25.07.2026
Dünya
İbrahim Kutluay alimentin ləğvi ilə bağlı iddiadan imtina edib
12:55 25.07.2026
Cəmiyyət