ABŞ Polşadakı hərbi kontingentini azaltmağı planlaşdırmır və Pentaqon Avropada Amerika qoşunlarının yerləşdirilməsi ilə bağlı yeni plan üzərində işləyir.
APA xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ-ın müdafiə naziri Pit Heqsetlə telefon danışığından sonra açıqlama verib.
Nazir bildirib ki, ABŞ-ın Polşa və regionun təhlükəsizliyinə sadiqliyi dəyişməz olaraq qalır.
“Hazırda Avropada ABŞ quru qoşunlarının yenidən qruplaşdırılması prosesi gedir. Lakin Polşadakı Amerika hərbçilərinin sayının azaldılması ilə bağlı heç bir qərar qəbul edilməyib”, - deyə o vurğulayıb.
Kosinyak-Kamış əlavə edib ki, Pentaqon hazırda Avropa üzrə yeni hərbi yerləşdirmə planı hazırlayır.