Polşa Seymi hökuməti Rusiyanın Varşavadakı səfirliyinin binasını köçürməyə çağıran qətnamə qəbul edib.
Teleqraf xəbər verir ki, aşağı palatanın saytında yerləşdirilən məlumata görə, 439 deputat qətnaməni dəstəkləyib, bir deputat isə bitərəf qalıb.
Qətnamədə qeyd edilir ki, Nazirlər Kabineti beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiyanın Varşavadakı diplomatik missiyasının köçürülməsi məsələsini nəzərdən keçirməlidir. Təşəbbüsün müəllifləri belə bir addımın zəruriliyini səfirliyin Polşa Milli Müdafiə Nazirliyinə yaxınlığı ilə izah edirlər.
Bu yaxınlarda Polşa Xarici İşlər Nazirliyi Moskvadan Qdanskda qalan son Rusiya baş konsulluğunu bağlamağı tələb etdi . Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaşın sözlərinə görə, dörd diplomat və texniki heyət dekabrın 23-dək Polşanı tərk etməlidir.