Polşada dəmir yolu təxribatının daha bir iştirakçısı həbs edildi

Polşada dəmir yolu təxribatının üçüncü iştirakçısı həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Prokurorluğunun saytında məlumat verilib.

Həbs edilən şəxsə dəmir yolu relslərində təxribata köməklik etməkdə ittiham edib.

Həmin şəxs noyabrın 20-də Polşa hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Müstəntiqlərin fikrincə, Ukrayna vətəndaşı təxribata görə bilavasitə məsul olan şəxslərə ərazinin kəşfiyyatında və sonrakı hərəkətlərin hazırlanmasında köməklik göstərərək cinayətə şərait yaradıb.

Noyabrın 18-də Polşanın baş naziri Donald Tusk bəyan edib ki, noyabrın 15-16-da Polşada dəmir yolunda baş verən partlayışı “uzun müddət Rusiya kəşfiyyat xidmətləri ilə işləyən və əməkdaşlıq edən” iki Ukrayna vətəndaşı törədib.