
Putin-Ərdoğan görüşündə hansı məsələlər müzakirə ediləcək? -PƏRDƏARXASI
09:37 20.06.2024
Dünya
337
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.
"Habertürk" telekanalından yayılan məlumata görə bu görüşün gündəliyinə Ukraynadakı münaqişə, taxıl tədarükü kontekstində Qara dəniz mövzusu, Akkuyu AES-də işlərin gedişi, qaz ticarəti mərkəzinin yaradılması perspektivləri, Suriyanın şimalında kürd bölgələrindəki qondarma seçkilər kimi məsələlər daxil ola bilər.
Qeyd edək ki, daha öncə də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iki liderin Astanada görüşə biləcəyi barədə məlumat verib.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya və Türkiyə dövlət başçılarının arasında baş tutacaq görüş uzun müddətdir planlaşdırılır:
"Bu görüşün təşkili istiqamətində uzun müddətdən bəri səylər göstərilir. Görüşdə müzakirə oluna biləcək bir çox məsələ var. Bunlara Ukraynadakı münaqişə, Cənubi Qafqazdakı vəziyyət, taxıl tədarükü kontekstində Qara dənizdə qaz ticarəti mövzusu kimi nümunələr gətirmək olar. Hesab edirəm ki, görüşdəki əsas mövzulardan biri də ikitərəfli münasibətlərin səviyyəsinin müəyyən edilməsi olacaq. Çünki Türkiyə həm Rusiya, həm də Qərblə münasibətlərinin inkişaf etdirməyə maraqlıdır. Hətta Türkiyə bir müddətdir ki, Rusiya ərazisinə daha büyük məbləğdə investisiya yatırmaq istəyir".

Ekspert əlavə edib ki, hazırda Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsi gündəmdədir:
"Rusiya Türkiyənin ŞƏT-ə üzv olmasında maraqlıdır. Biz bilirik ki, Çinin də bu məsələyə münasibəti müsbətdir. Qeyd edək ki, Türkiyə BRICS-ə üzv olmaq üçün müəyyən addımlar atmağa başlayıb. BRICS ölkələri, xüsusilə də Rusiya Türkiyənin üzvlüyünə dəstək verməyə çalışır. Qərb isə Türkiyənin BRICS-ə üzvlüyü məsələsindən ciddi şəkildə narahatdır. Çünki Türkiyə NATO-nun aparıcı ölkələrindən biridir. Rəsmi Ankaranın Qərb blokundan uzaqlaşıb Şərq blokuna yaxınlaşması Qərb üçün böyük itki olar. Hesab edirəm ki, baş tutacaq görüş bu səbəblərdən böyük əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa və NATO ölkələrinin İrana müdaxiləsi gözlənilmir -TƏHLİL
19:44 23.03.2026
Dünya
İran İsrailin Tel Nof hava bazasına zərbə endirib
19:30 23.03.2026
Dünya
Avropa buna görə ABŞ-ı dəstəkləməlidir - Bolton
19:21 23.03.2026
Dünya
Moskvaya uçan Paşinyanın təyyarəsini PUA ilə vurmağa çağırdılar
19:12 23.03.2026
Dünya
ABŞ ilə İranın hazırda münaqişəni başa çatdırmaq imkanı var -Tramp
19:03 23.03.2026
Dünya
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya