Rusiya prezidenti Vladimir Putin dövlət səfəri ilə Qazaxıstana gəlib. Onu hava limanında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Sherg.az xəbər verir ki, tərəflər təkbətək görüş keçirəcək və 16 mühüm sənəd imzalayacaqlar. Sənədlər arasında Qazaxıstanda AES layihəsi və Rusiyanın dövlət krediti məsələləri də var.
Putin səfər çərçivəsində Avrasiya İqtisadi Forumunda və Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Görüşlərdə Rusiya neftinin Qazaxıstan üzərindən Çinə tranziti də müzakirə olunacaq.