Putin Qərbə daha bir sürpriz etdi
Yusif Nəzərli
05:22 21.09.2022
Dünya
571
Rusiya ilə Şimali Kipr arasında birbaşa təyyarə reysləri açılacaq
Şimali Kipr Türk Respublikası və Rusiya arasında birbaşa təyyarə reysləri gerçəkləşdiriləcək.
“CNN Türk”ün məlumatına görə, ilk uçuşun Ercan hava limanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış günündə - noyabrın 15-də həyata keçiriləcəyi gözlənilir.
Müsəlman inquş olan Zyazikovun təyinatı Kipr mətbuatında “Putinin Ərdoğana hədiyyəsi” kimi gündəmə gəlib.
Politoloq Tural İrfan isə "Şərq"ə açıqlamasında deyib ki, proseslərin bu cür davamı Türkiyə-Rusiya yaxınlaşmasının nəticəsi olaraq dəyərləndirilir:
"Xatırladım ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin Şimali Kiprə təyin etdiyi səfir də türk əsillidir. Qərbin istər Türkiyəyə, istərsə də Ukrayna məsələsində Rusiyaya qarşı kəskin çıxışları Türkiyə və Rusiyanı maraqlar baxımından yaxınlaşdırdı. Nensinin Ermənistandakı çıxışı, artıq Rusiyadan çox Qərbi eşidən Ermənistanın Rusiya-Türkiyə-Azərbaycan maraqlarına zidd addımları Putinə belə bir addım atmaq üçün əsas verir. Təzyiqlərə qarşı o da öz təsirlərindən bu cür istifadə edir. Ukrayna məsələsində Türkiyənin sabiq mövqeyi həm Ukrayna ilə münasibətləri qorudu, həm də Rusiya ilə münasibətlərə nəinki xələl gətirdi, əksinə, inkişaf etdirdi. Rusiya bu addımı atmaqla Türkiyəyə dəstəkdən çox Amerika və Avropa maraqlarına qarşı təsir göstərmək istəyir. Türkiyə və Rusiyanın ortaq maraqları var və bu, onları sıx yaxınlığa məcbur edir və Ermənistan-Azərbaycan arasındakı məsələlərin həllində də bu yaxınlaşma böyük rol oynayacaq. Təsadüfi deyil ki, səfirin təyinatını "Putinin Ərdoğana hədiyyəsi" adlandırırlar. Rusiyaya qarşı Ukrayna mövzusunda təzyiqlər dərinləşdikcə, o, Türkiyəyə daha da yaxınlaşacaq və hətta Şimali Kipri rəsmən tanıya da bilər. Hər bir halda Rusiya-Türkiyə münasibətlərinin normal olması həm Türkiyənin xeyrinədir, həm də Azərbaycanın. Bu uçuşun gerçəkləşməsini və səfir təyin etməsini Putinin Qərbə sürprizi adlandırmaq olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya