Putin Trampa Ukrayna müharibəsini bitirəcək real addımları göstərdi

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığında Ukraynadakı döyüşlərin mümkün qədər tez dayandırılması üçün Vaşinqtonun ata biləcəyi real addımları müzakirə edib.

Sherg.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Sentyabrın 8-də baş tutan telefon danışığı təxminən bir saat davam edib. Tərəflər əsasən Ukrayna münaqişəsinin nizamlanması və onun həlli yollarını müzakirə ediblər.

Tramp isə münaqişənin başa çatmasının Rusiya-ABŞ münasibətlərinin tam bərpası üçün yeni imkanlar yaradacağını bildirib.