Putinin Əhməd əl-Şaraa ilə danışıqları iki saatdan çox davam edib - YENİLƏNİB
13:54 15.10.2025
Dünya
218
Rusiya Prezidenti Vladimir Putinin Suriya lideri Əhməd əl-Şaraa ilə danışıqları başa çatıb.
APA-nın Moskva bürosu xəbər verir ki, danışıqlar iki saat yarımdan çox davam edib.
***
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Suriya Prezidenti Əhməd əl-Şaraa arasında görüş başlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, görüş Kreml sarayında keçirilir.
Görüşün protokol hissəsində dövlət başçıları çıxış ediblər.
Putin bildirib ki, Rusiya Suriya ilə münasibətlərində həmişə Suriya xalqının maraqlarını rəhbər tutub.
"80 ildən artıqdır diplomatik əlaqələrimiz var. Bu müddət ərzində Suriya ilə Rusiya arasında münasibətlər həmişə müstəsna dostluq münasibətilə olub. Bizim heç vaxt Suriya ilə siyasi konyuktura və ya xüsusi maraqlarımızla bağlı heç bir münasibətimiz olmayıb. Suriya çətin günlərdən keçir, lakin son parlament seçkiləri bütün siyasi qüvvələr arasında əməkdaşlığı gücləndirəcək", = Rusiya prezidenti vurğulayıb.
Əhməd əl-Şaraa qəbula görə Putinə təşəkkür edib. O qeyd edib ki, Rusiya və Suriyanı tarixi əlaqələr bağlayır.
Əl-Şaraa Suriyanın yeni hakimiyyətinin Rusiya ilə münasibətləri bərpa etmək niyyətində olduğunu da qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual