
Qadınlara səfərbər edilir: Ukrayna Avropanın diqqətini çəkmək istəyir?
13:43 18.12.2023
Dünya
582
Ukrayna Ali Radasında səfərbərliklə bağlı yeni qanun layihəsi hazırlanıb.
Bu barədə Ali Radanın hakim “Xalqın xidmətçisi” partiyasından deputatı, Milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü Mariyana Bezuqla bildirib.
Qanun layihəsində müharibə şəraitində ordunun güclənməsi ilə bağlı bir sıra yeniliklərin olduğunu deyən M.Bezuqla qeyd edib ki, yeni layihə döyüşlərə səfərbərlik yaşını 27-dən 25-ə endirir, eyni zamanda qadınlar üçün də hərbi mükəlləfiyyət müəyyənləşdirir. “Yeni layihədə qadınlar Müdafiə Nazirliyinin müəyyən etdiyi qaydada hərbi qeydiyyata düşürlər, ilkin hərbi hazırlığa cəlb edilir və hərbi əməliyyatlar üçün nəzərdə tutulurlar”, - deyə deputat əlavə edib.
O, həmçinin bildirib ki, yeni qanun layihəsində uzun müddət döyüşənlər üçün də fasilə müddəti nəzərdə tutulub.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turan Rzayev bildirib ki, sözügedən qanun layihəsi müharibənin ikinci ilinin başlanğıcında da gündəmdə idi:

“Çünki Rusiya Ukrayna müharibəsində rəsmi Kiyev kifayət qədər itkilərə məruz qalıb. Hazırda bu itkilərin kompensasiya edilməsinə çalışır. Digər tərəfdən qeyd etmək lazımdır ki, Ukrayna dünyada ən çox demoqrafik problemlə üzləşən ölkələrdəndir. Ukrayna Rusiya müharibəsi bu problemi daha da çətinləşdirdi. Ona görədə qadınların müharibəyə cəlb edilməsi hardasa başa düşüləndir. Bundan əlavə ikinci bir məsələnidə nəzərə almaq lazımdır ki, qadınların müharibəyə cəlb edilməsi kimi xəbər Qərbdə ciddi qarşılana bilər. Qərb hazırda gender bərabərliyi mövzusuna həssas yanaşır. Ukrayna belə xəbərlərlə diqqəti yenidən sözügedən münaqişəyə çəkməyə çalışır. Çünki hazırda Avropanın Ukrayna Rusiya müharibəsinə qarşı mövqeyi birmənalı deyil. Xüsusilə Ukraynaya edilən yardımların nəticəsiz olduğunu görən bəzi Avropa ölkələri yardımların ayrılmaması daxilində çağırışlar edir. Belə olan təqdirdə verilən qərar iki məqsəd daşıyır. Birincisi Avropanın diqqətini çəkmək, ikincisi əlavə qüvvələr cəlb edərək müqaviməti gücləndirməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi