Qərar verdildi! – İsveç NATO-ya üzvlük prosesini sürətləndirir

İsveç xarici işlər naziri Ann Linde NATO-ya üzvlük prosesini sürətləndirməyə qərar verdiklərini bildirib.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, müdafiə naziri Peter Hultqvist ilə görüşən Linde mətbuata açıqlama verib.  

Nazir İsveçin NATO-ya müraciət prosesini qiymətləndirib:

“NATO üçün hazırlanan milli təhlükəsizlik hesabatının 31 may yerinə 13 may tarixində həyata keçirilməsinə razıyıq. Bu çərçivədə hesabatın iki həftə ərzində tamamlanmasını gözləyirik''.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova rəsmi Stokholm və Finlandiyaya NATO-ya üzv olacaqları halda onları hansı nəticələrin gözlədiyinə dair xəbərdarlıq edib.