Qəzzadan atılan raket İsrail tərəfindən zərərsizləşdirildi

İsrail ordusu Qəzza zolağından atəş açıldığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, raket Qəzzanın şimal hissəsindən buraxılıb və İsrail hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
"Raket təhlükəsi səbəbilə İsrailin sərhəd bölgəsində yerləşən Netiv Haasara qəsəbəsində hava həyəcan siqnalı verilib. Hadisə nəticəsində xəsarət alan və ya dağıntılar barədə məlumat yoxdur", - məlumatda deyilir.