Qırğızıstan parlamentinə seçkilər başa çatıb
15:50 28.11.2021
Dünya
947
Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər başa çatıb. Yerli vaxtla saat 20:00-da 2435 seçki məntəqəsinin hamısı bağlanıb.
AZƏRTAC “Kabar” informasiya agentliyinə istinadla xəbər verir ki, ötənilki seçkilərə müqayisədə, bu il səsvermədə 1,5 dəfə az seçici iştirak edib. Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-dək seçki məntəqələrinə 30 faizdən az seçici gəlib. MSK sədrinin müavini Tınçtıka Şaynazarovun fikrincə, seçici fəallığının aşağı olması bu il seçici səslərinin rüşvətlə alınmaması, insanların kütləvi daşınmaması və digər qanun pozuntularına yol verilməməsi ilə bağlıdır.
Ölkənin yeni qanunvericiliyə əsasən, seçkilərdə iştirak həddi yoxdur. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır.
Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə