Qırğızıstanın müstəqilliyi təhlükə altındadır
02:14 02.07.2022
Dünya
635
Borclarını qaytara bilməsə Pekin Bişkəkə ağır şərtlər irəli sürəcək
“Qırğızıstanın müstəqilliyinə təhdid mövcuddur. Qırğızıstan Prezidenti Sadır Japarov həyəcan təbili çalıb. Dövlət başçısının sözlərinə görə, Qırğızıstanın artan xarici borcu ölkənin müstəqilliyinə əsas təhlükə mənbəyinə çevrilib. Prezident borc mövzusunda parlamentdə çıxış edib. Qırğızıstanın xarici borcunu ödəyə bilmədiyinə görə müstəqilliyini itirmə təhlüksəziyi ilə üz-üzə qaldığını bildirib:
“Yaxın 10 ildə borclarımızı qaytarmalıyıq. Bu borclar müstəqilliyimizi əldə etdiyimiz 30 il ərzində yığılıb”. Sadır Japarov borcun ödəmə müddətinin onun prezidentlik dövrünə təsadüf etdiyini vurğulayıb: “Bu il 289 milyon dollar, gələn il isə 314 milyon dollar borc qaytarmalıyıq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, açıqlanan rəqəm məhdud resursları olan Qırğızıstan üçün böyük məbləğdir: “Qırğızıstanın əsas borcu Çinədir. Bişkəkin Pekinə təxminən 2 milyard dollara yaxın borcu var. Qırğızıstan borcu qaytarmaq iqtidarında deyil, əksinə, borc almaqda davam etmək məcburiyyətindədir. Pekin hələ ki, Qırğızıstana borc verməkdə davam edir. Ancaq bu durum Qırğızıstanı defolta sürükləyir. Bu halda Pekin Bişkəkə ağır şərtlər irəli sürəcək. Qırğızıstan prezidenti “müstəqilliyimizi itirə bilərik” dedikdə məhz Pekinin ağır şərtlərini nəzərdə tutub. Tacikistan da Qırğızıstanla oxşar vəziyyətdədir. Tacikistanın Çinə artan borcu o həddə çatıb ki, Düşənbə bir neçə iri yatağının istismarını borc əvəzi Pekinə məxsus şirkətlərə verib. Kasıb Tacikistanın Çinə 1.2 milyard dollar borcu var. Pekin Qərb ölkələrindən fərqli olaraq investisiya əvəzinə ağır şərtlər irəli sürmür. Tacikistanın qızıl mədənlərinin 80 faizi Çinə məxsusdur. Son 14 ildə Düşənbənin Pekinə borcu 6 dəfə artıb. Mərkəzi Asiyanın digər ölkəsi olan Özbəkistanın Çinə olan borcu ümumi gəlirinin 16 faiz həcmindədir. Dünya Bankının araşdırmasına görə, Çin inkişaf etməkdə olan ölkələrə kütləvi borc vermək siyasətindən imtina etməyib. Nəticədə həmin ölkələrin hökumətləri borcu qaytara bilmirlər. Bunun ardınca həmin ölkələrin Çindən həm iqtisadi, həm də siyasi asılılığı artır. Əsas təhlükə də bundadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə