Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib.

AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident Sadır Japarovun Fərmanı ilə Jeenbek Kulubayev nazirin vəzifələrini icra edəcək.

Bundan əvvəl Jeenbek Kulubayev Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri olub.