Qırıq qabırğa, platinli ayaq: 73 yaşlı ata qızını belində daşıyır
Qırıq qabırğa, platinli ayaq: 73 yaşlı ata qızını belində daşıyır
10:06 03.04.2024
Dünya
420
Əskişəhərdə yaşayan 73 yaşlı Nurəddin Toprak əqli çatışmazlığı olan qızını illərdir belində daşıyır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, N.Toprak özü də fiziki baxımdan sağlam deyil. 2 il əvvəl ayağı əməliyyat olunub və platin qoyulub. Qabırğasında da qırıq var. Buna rəğmən qızını belində daşımaqdan heç vaz keçmir. “Qızımı hər səhər məktəbə aparıram. Məktəbə gedən yol evmizdən 5 metr aşağıdadır. Aşağı enməkdə zorluq çəkirik. Axşamüstü də yenə eyni əzabla onu evə qaldırıram. Nə edim? Qızım bizə Allahın əmanətidir. Danışmır. Kaş ki danışaydı, məndən nəsə istəyəydi. Nəyin bahasına olsa da, istədiyini tapıb alardım, onun üçün gətirərdim”, deyən N.Toprak uzun illərdir övladının əziyyətini çəkməkdən heç yorulmadığını, bezmədiyini söyləyib. N.Toprakın həyat yoldaşı da onkoloji xəstədir. Onun da hər iki dizi əməliyyat olunub, dizlərinə platin qoyulub. Övladı Həcər Toprak əqli qüsurlu doğulub. İndi 36 yaşındadır. “Hər axşam qızımın ayaq barmaqlarını təmizləyirəm. Hər axşam corablarını çıxarıb ayaqlarını öpürəm qızımın. İllərdir, heç bir dəyişiklik yoxdur. Amma nə edim? Qızımızı çox sevirik. Onu Allah bizə verib. Üsyan etmək bizə düşməz”. N.Toprak bələdiyyədən yollarının düzəldilməsini xahiş edib: “Gərək bələdiyyə bizə sahib çıxsın. Evdən çıxıb aşağı yola düşmək üçün çox əziyyət çəkirik. Yoldakı beton lövhələri qaldırsalar, biz də rahat gedib-gələ bilərik. Yolu, pilləkənləri görürsünüz. Bir dəfə mən yıxıldım, qızım da belimdə. Onun da başı yaralandı, mənim də qabırğam sındı. Betonları yoldan qaldırsınlar, bizə də əlil arabası versinlər. Bu pilləkənlərdə araba da hərəkət edə bilməz. Gərək yolu düzəltsinlər. İstədiyim təkcə budur”.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya