Quterreş: "Ukrayna böhranı 1,7 milyard insanı yoxsulluq təhlükəsi ilə üz-üzə qoyur"
19:12 17.04.2022
Dünya
543
Ukraynadakı münaqişə inkişaf etməkdə olan ölkələrə qarşı “səssiz hücumdur” və 1,7 milyard insanı yoxsulluq təhlükəsi ilə üz-üzə qoyur.
"Report" xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Çexiyanın “Seznam Zpravy” nəşrinə şərhində bildirib.
"Ukraynadakı hərbi münaqişə kənd təsərrüfatı məhsullarının və enerji resurslarının qlobal ixracına mane olur, yaşayış minimumunun kəskin artmasına gətirib çıxarır ki, bu da sadə vətəndaşlar üçün ən mənfi nəticələrə çevrilir", - baş katib qeyd edib.
Quterreşin fikrincə, hazırkı şəraitdə varlı dövlətlər kasıb ölkələrə maliyyə yardımı göstərməlidirlər ki, bu da böhrandan çıxmaq prosesində Yer kürəsinin sakinləri arasında vəsaitlərin ədalətli bölüşdürülməsini təmin edəcək.
Belə ki, dünyada buğda və arpa istehsalının 30%-i Rusiya ilə Ukraynanın payına düşür. Bu dövlətlərin dünya bazarına çıxardıqları kənd təsərrüfatı məhsulları planetin ən yoxsul sakinlərinin əsas qida mənbəyidir. Afrikanın iqtisadi cəhətdən zəif inkişaf etmiş 45 ölkəsinin idxal etdiyi buğdanın üçdə birindən çoxu Rusiya və Ukrayna tarlalarında yetişir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət