Qvineya-Bissauda çevriliş - Prezident həbs edilib, dövləti idarə edəcək qurum yaradılıb

Qvineya-Bisauda çevrilişlə hakimiyyəti ələ keçirən ordu, ölkənin ali idarəetmə orqanı olaraq Nizam-intizamın Bərpası üzrə Ali Hərbi Komandanlıq yaradıb.

APA xəbər verir ki, bu barədə briqada generalı Denis N'Kanya milli televiziyada çıxışında bildirib.

Onun sözlərinə görə, komandanlıq ölkəni sonrakı xəbərdarlığa qədər idarə edəcək. Quruma kimin rəhbərlik edəcəyi isə hələ açıqlanmayıb.

Ordu artıq bütün mülki qurumları dayandırıb, Qvineya-Bisaunun sərhədlərini bağlayıb, gecə komendant saatı tətbiq edib, media fəaliyyətini dayandırıb və 23 noyabr prezident və parlament seçkiləri üçün səslərin sayılmasını dayandırıb.

Qeyd edək ki, seçki Komissiyası nəticələri 28 noyabrda elan etməyi planlaşdırırdı.