ABŞ dövlət katibi Marko Rubio 22 mayda İsveçdə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin yazılı açıqlamasında məlumat verilib.
Ətraflı
Ad - 00:10
Məlumata görə, o, Danimarka, İslandiya, Kanada, Norveç, Finlandiya və İsveç nümayəndələri ilə Arktikada ortaq iqtisadi və təhlükəsizlik maraqları və onların Şimalda mövcudluğunun gücləndirilməsi barədə danışacaq.
Rubio bundan başqa İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Mark Rutte ilə ikitərəfli görüşlər də keçirəcək.
Rubionun daha sonra Hindistan hökuməti ilə enerji təhlükəsizliyi, ticarət və müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək üçün 23-26 may tarixlərində Hindistana səfər edəcəyi bildirilir.
Onun Kəlkətə, Aqra, Caypur və Yeni Dehliyə səfər edəcəyi gözlənilir.