
Rusiya artıq dayanmalıdır!
Yusif Nəzərli
11:27 19.08.2022
Dünya
639
“Çünki rəsmi Moskva mövqeyində tərəddüd etməyə başlayıb”
“Ukrayna isə özündəki potensialı görür və müharibədə dönüş edir”
Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başa çatıb.
Lvov şəhərinin Pototski sarayındakı görüş 40 dəqiqə davam edib. Görüşdə Ukrayna Rusiya müharibəsi və taxıl ixracı məsələsi müzakirə edilib. Daha sonra Zelenski və Ərdoğanın iştirakı ilə Türkiyənin Ukraynanın infrastrukturun müharibədən sonra bərpasında iştirakını nəzərdə tutan anlaşma memorandumunda öz əksini tapıb. Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıblar. Ehtimal edilir ki, Türkiyənin hökumət və biznes strukturları konkret bərpa layihələri hazırlaya, həmçinin konsaltinq və texniki yardım göstərə bilərlər. İlkin layihə kimi isə Kiyev vilayətinin Romanovka kəndində Buça və İrpen şəhərlərini paytaxtla birləşdirən körpünün bərpası nəzərdə tutulur.
Sammitin ardından hər iki lider mətbuat konfransında açıqlama verib.
Konfrans zamanı Ərdoğan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. O qeyd edib:
“Cənab Zelenski ilə bugünkü ikitərəfli görüşlərdə biz ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətləri bütün ölçülərdə qiymətləndirdik. Təbii ki, 6 aya yaxındır davam edən müharibə danışıqlarımızın əsas mövzusu olub.Bu münasibətlə biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha vurğuladıq. Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafında davam edən toqquşmalardan narahat olduğumuzu bildirdik. Biz yeni Çernobıl yaşamaq istəmirik”.
Ukrayna lideri V.Zelenski də bəyan edib ki, Türkiyə Prezidentinin Ukraynaya səfəri belə bir qüdrətli ölkənin dəstəyinin bariz göstəricisidir:
“Lvovdakı görüşdə biz Rəcəb Tayyib Ərdoğanla taxıl təşəbbüsünün yaxşılaşdırılması imkanlarını, Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə etdik. Həmçinin müdafiə sahəsində əməkdaşlıq məsələlərinə də toxunduq”.
Xatırladaq ki, Lvov görüşü Ərdoğanın Rusiya-Ukrayna münaribəsindən sonra rəsmi Kiyevə ilk səfər olub.

Görüşün “kod”larını "Sherg.az"a açan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, səfər Rusiya- Ukrayna münasibətlərinin bərpasında körpü rolu oynayacaq:
"Bu görüş Türkiyənin Ukrayna- Rusiya münasibətlərində ciddi, praktiki əhəmiyyəti olduğunu bir daha sübut etdi. Quterreşin iştirakı ilə taxıl böhranının həllini irəliləyiş kimi düşünə bilərik. Lakin sülhdən danışmaq tezdir. Çünki Rusiyanın eskalasiyası davam edir. Bu mənada da Zelenskinin məntiqində kifayət qədər həqiqət var. Hesab edirəm ki, Rusiya artıq dayanmalıdır. Çünki rəsmi Moskva mövqeyində tərəddüd etməyə başlayıb. Ukrayna isə özündəki potensialı görür və müharibədə dönüş edir. İndiki məqamda rəsmi Kiyevin güzəştə getməsini güman etmək olmaz. Əlbəttə, bu müharibənin bitməsini istəyən hər kəsin arzusudur. Amma işğal rejimi başa çatmalıdır. Müharibə bitməsə, müsbət nəticələrin əldə olunması mümkün deyil. Əlavə olaraq Zaparojye AES məsələsi də gündəmə gəlir. Məncə, onu beynəlxalq birlik qoruya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya