Rusiya Baltikyanı ölkələrin konsulluqlarını bağladı: REAKSİYA özünü gözlətmədi
Yusif Nəzərli
14:30 21.04.2022
Dünya
697
Rusiya Baltikyanı ölkələrin Sankt-Peterburqdakı konsulluqlarını bağlayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Aprelin 21-də Latviya və Estoniyanın səfirləri və Litvanın müvəqqəti işlər vəkili nazirliyə çağırılıblar. Onlara Rusiyanın Klaypeda, Liepaya, Dauqavpils, Narvadakı baş konsulluqlarının, eləcə də Rusiyanın Estoniyadakı səfirliyinin konsulluq şöbəsi dəftərxanasının bağlanması ilə bağlı kəskin etiraz bildirilib.
Diplomatlar hər üç ölkənin Sankt-Peterburqdakı baş konsulluqlarının, eləcə də Latviya konsulluğunun və Estoniyanın Pskovdakı Baş Konsulluq dəftərxanasının fəaliyyətinə verilmiş razılığın geri götürülməsi qərarı barədə məlumatlandırılıblar.
“Qeyd edilən Estoniya və Latviya konsulluq nümayəndəliklərinin rəhbərləri və digər vəzifəli şəxsləri arzuolunmaz şəxs elan edilirlər, eləcə də bu qurumların Rusiya Federasiyasının vətəndaşı olmayan işçilərinin və inzibati-texniki heyətinin fəaliyyəti də yolverilməz hesab olunur”, – deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib və bu insanların hamısının Rusiyanı tərk etməli olduğu qeyd olunub.
Xarici İşlər Nazirliyinin iddiasına görə, Baltikyanı ölkələrin konsulluqlarının bağlanması barədə qərar qarşılıqlılıq prinsipi əsasında, həmçinin üç respublikanın hakimiyyət orqanlarının “Kiyev rejiminə hərbi yardım” göstərməsi ilə əlaqədar qəbul edilib.
Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Sankt-Peterburqdakı Estoniya Baş Konsulluğunun və onun Pskovdakı dəftərxanasının bağlanması qərarına reaksiya verib.
Xarici işlər naziri Eva-Maria Liymets bu hadisəni Moskvanın cansıxıcı addımı kimi dəyərləndirib və bunun Tallin üçün heç də gözlənilməz olmadığını vurğulayıb.
Nazir qeyd edib ki, fevralın 24-də Rusiya Ukrayna ərazisində müharibəyə başladıqdan sonra Rusiya səfirliklərinin 480 əməkdaşı Avropa İttifaqı və NATO ölkələrindən çıxarılıb.
“Rus diplomatları “birbaşa və fəal şəkildə” respublikanın təhlükəsizliyini pozduğu üçün Estoniya da qonşu ölkə ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, – deyə Liymets qeyd edib.
“Estoniya Rusiyanı BMT Baş Assambleyasının 2 mart 2022-ci il tarixli qətnaməsinə və Beynəlxalq Ədalət Məhkəməsinin qoşunların Ukrayna ərazisindən çıxarılması ilə bağlı 16 mart tarixli qərarına əməl etməyə çağırır”, – deyə XİN rəhbəri əlavə edib.
Mənbə: Lenta.ru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq