Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri sentyabrın 7-dən 8-nə keçən gecə ölkənin müxtəlif bölgələri üzərində 384 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, PUA-lar Voronej, Volqoqrad, Belqorod, Kursk, Bryansk, Rostov, Saratov və digər vilayətlərin, həmçinin Moskva regionu və Krasnodar diyarının hava məkanında məhv edilib.

Bundan başqa, Krımın hava məkanında və Qara dənizin akvatoriyasında da PUA-ların zərərsizləşdirildiyi bildirilib.