Rusiyanın nəqliyyat naziri Andrey Nikitin Moskvanın Ermənistanın dəmir yollarını idarə etmək üçün konsessiyanı Qazaxıstanla təhvil vermək barədə danışıqlar aparmadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, yerli KİV-ə bildirib.
“Birincisi, biz heç kimə güzəştə getməyi planlaşdırmırıq. İkincisi, Ermənistandakı tərəfdaşlarımız bu məsələni bizimlə müzakirə etməyiblər”, - Andrey Nikitin deyib.
Nazir Qazaxıstanla da bu məsələ ilə bağlı heç bir təmasın olmadığını vurğulayıb.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyadan Azərbaycan və Türkiyə ilə dəmir yolunun müvafiq hissələrini qısa müddətdə bərpa etməyi istəyib. Bu hissələr “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi üçün lazımdır.
Martın əvvəlində Nikol Paşinyan Rusiya ilə dəmir yolunun idarə olunmasını başqa ölkəyə, məsələn, Qazaxıstana, BƏƏ və ya Qətərə təhvil vermək barədə müzakirələr apardığını elan etmişdi.