Rusiya ilk dəfə Ukraynaya Belarusdan zərbə endirdi
Yusif Nəzərli
12:26 25.06.2022
Dünya
381
“Rusiya strateji aviasiyası ilk dəfə Ukraynaya birbaşa Belarus ərazisindən hava zərbəsi endirdi, bu, Minski birbaşa iştirakçı kimi müharibəyə cəlb etmək üçün təxribatın bir hissəsi ola bilər”.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, kütləvi raket zərbəsi iyunun 25-nə keçən gecə həyata keçirilib. Zərbələr üçün X-22 raketlərini buraxan altı “Tu-22M3” strateji bombardmançıdan istifadə edilib.
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya təyyarələri Kaluqa vilayətinin Şaykovka hava limanından havaya qalxıb, daha sonra onun ərazisindən və Smolensk vilayətindən keçərək Belarusun hava məkanına daxil olub. Raketlər Ukrayna ilə sərhəddən 50-60 km aralıda, Mozır yaxınlığında yerləşən Petrikov ətrafından buraxılıb. Atışdan sonra bombardmançılar Şaykovkaya qayıdıblar.
Raketlər Kiyev, Sumskaya və Çerniqov vilayətləri üzərindən uçub.
“Bu, birbaşa Belarus ərazisindən Ukraynaya hava hücumu ilə bağlı ilk hadisədir. Kəşfiyyatçıların fikrincə, bu, Belarusu Ukraynaya qarşı birbaşa müharibəyə daha da cəlb etmək məqsədilə Rusiya Federasiyasının genişmiqyaslı təxribatı idi”, - deyə Baş Kəşfiyyat İdarəsindən bildirilib.
Mənbə: news.liga.net
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi