Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə “Mi - Ukraina” telekanalının binasına dronla zərbə endirməsi nəticəsində beş nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısı bildirib ki, hücum günorta saatlarında, jurnalistlər efirdə olarkən baş verib.
“Bu gün Rusiya mediaya, jurnalistlərə zərbə endirib. Zərbə dronu “Mi – Ukraina” telekanalının binasına hücum edib. Həm də günün ortasında, jurnalistlərin efirdə olduğu vaxtda. Bina qismən dağılıb. Hadisə yerində bütün zəruri xidmətlər işləyir. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları artıq yanğını söndürüblər. Hazırda beş nəfərin xəsarət aldığı məlumdur. Təəssüf ki, bu say arta bilər”.
Zelenski vurğulayıb ki, mediaya qarşı dronlardan istifadə Rusiyanın deqradasiyasının yeni səhifəsidir, Avropa və dünya buna reaksiya verməlidir.