Rusiya Kiyevə raket zərbəsi endirir: İnsanlara xəbərdarlıq edildi - FOTO/VİDEO
Rusiya Kiyevə raket zərbəsi endirir: İnsanlara xəbərdarlıq edildi - FOTO/VİDEO
Yusif Nəzərli
13:20 23.11.2022
Dünya
436
Rusiya Ukraynanın Kiyev vilayətində infrastruktur obyektlərinə raket zərbələri endirir.
Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko “Telegram” səhifəsində məlumat verib.
“Sığınacaqlarda qalın! Paytaxtın müxtəlif ərazilərində daha bir neçə partlayış baş verib. Hadisə yerində xilasedicilər və həkimlər işləyirlər”.
Əhaliyə daha öncə raket hücumu təhlükəsi barədə xəbərdarlıq edilib.
Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba “Telegram” kanalında yazıb:
“Kiyev vilayəti! Hava hücumu siqnalını gözardı etməyin. Bölgəyə raket hücumu təhlükəsi var”.
Kuleba vətəndaşları sığınacaqlarda və ya təhlükəsiz yerlərdə qalmağa çağırıb.
Qeyd edək ki, bütün Ukrayna ərazisində hava siqnalı həyəcanı elan edilib. Ukraynalılar ehtiyatlı olmağa çağırılıblar.
Eyni zamanda yerli KİV-in məlumatına görə, Kiyev, Xarkov, Xmelnitski, Nikolayev və Ukrayna Ordusunun nəzarətində olan Zaporojyedə elektrik enerjisi ilə təminatda fasilələr var. Mer Andrey Sadovoy isə Lvovda elektrik enerjisinin tamamilə kəsildiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi