Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayev şəhərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının saxlandığı anbara zərbə endirib.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Odessa istiqamətində Ukrayna Silahlı Qüvvələri üçün yük daşıyan iki dəniz quru yük gəmisinə və onları müşayiət edən yedək gəmisinə də zərbə endirilib.
Bundan başqa, Odessa vilayətinin Çernomorsk limanında xarici ölkələrdən Ukraynaya göndərilən hərbi təyinatlı yüklərin boşaldılması və saxlanılması üçün istifadə olunan gömrük terminalının logistika mərkəzinin infrastruktur obyektlərinin vurulduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi zərbələrin qrup şəklində həyata keçirildiyini açıqlayıb.