`
Rusiyalı oliqarx Londonda həbs edilib - FOTO
10:57 04.12.2022
Dünya
441
Britaniya polisi rusiyalı biznesmeni Londondakı evində həbs edib.
Sherg.az oxu.az-a istinadən bildirir ki, əməliyyat çərçivəsində daha iki nəfər saxlanılıb, onlardan heç birinin adı açıqlanmır.
58 yaşlı şəxs çirkli pulların yuyulmasında, Daxili İşlər Nazirliyinə qarşı dələduzluq etməkdə və yalan ifadə verməkdə şübhəli bilinərək saxlanılıb.
İkinci saxlanılan şəxs, birinci həbs edilənin yaşadığı malikanənin işçisi olan 35 yaşlı kişi, içərisində minlərlə funt nağd pul olan çanta ilə evin çıxışında ələ keçib. O, çirkli pulların yuyulmasında və polisin işinə mane olmaqda şübhəli bilinərək həbs edilib.
Üçüncü şəxs, 39 yaşlı kişi Londonun qərbindəki Pimliko şəhərindəki evində çirkli pulların yuyulması və dələduzluq məqsədilə əlbir olmaqda şübhəli bilinərək tutulub.
Həbs əməliyyatına Milli Cinayət Agentliyinin (NCA) Kleptokratiyaya Qarşı Mübarizə İdarəsinin 50-dən çox əməkdaşı cəlb edilib. Malikanədə aparılan axtarışdan sonra bir neçə rəqəmsal cihaz və xeyli miqdarda nağd pul ələ keçirilib.
NCA-nın baş direktoru Qrem Biqqar qeyd edib ki, bu il yaradılmış bölmə oliqarxların potensial cinayət fəaliyyətinin araşdırılmasında mühüm irəliləyiş əldə edib.
Həbs edilən iş adamının yaşı "Alfa Group"un və "LetterOne" holdinqinin həmtəsisçisi, Londonda yaşayan Mixail Fridmanın yaşı ilə üst-üstə düşür. Hətta onun artıq müəyyən girov müqabilində sərbəst buraxıldığı barədə də məlumatlar var. Lakin Britaniya polisi həbs edilən şübhəlilərin adlarını açıqlamır.
Eyni zamanda, "Alfa-Bank"ın mətbuat xidmətindən bildiriblər Böyük Britaniyada Mixail Fridmanın həbsi ilə bağlı yayılan məlumat doğru deyil.
"Bu xəbərin kimə aid olduğunu bilmirik. Mixail Fridman evdədir, həbsdə deyil. Onun bu məsələ ilə heç bir əlaqəsi yoxdur", - deyə maliyyə təşkilatından vurğulanıb.
`
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya