Şahzadə Harri boşanır
12:36 24.07.2025
Dünya
284
Sasseks hersoqu şahzadə Harri və həyat yoldaşı aktrisa Meqan Markl maliyyə böhranı və boşanma ərəfəsindədirlər.
Sherg.az Qaynarinfo-ya istinadla xəbər verir ki, cütlük "Netflix"lə əməkdaşlığın dayandırılması səbəbilə həm maddi çətinlik, həm də münasibət böhranı yaşayır. Onlar hazırda "Netflix"də yayımlanan "With Love” adlı layihələrinə ümid bağlayıb. Lakin məlumata görə, "Netflix" bu layihəni davam etdirmək istəmir və yalnız ikinci mövsümə etikadan irəli gələn "jest” olaraq razılaşıb.
"Meqan və Harri bu müqaviləyə arxalanırlar - 29 milyon dollar dəyərindəki villalarını və böyük heyətlərini saxlamaq üçün. Əgər müqavilə yenilənməsə və xərclər azaldılmasa, onlar müflis ola bilərlər", - deyə mənbə bildirib.
Mənbələrə görə, cütlük efirdə səmimi görünmür, trendlərə uyğun davranmağa çalışır və bu da tamaşaçının onları qəbul etməməsinə səbəb olur. "With Love” şousu cəmi 5,3 milyon baxış toplayıb. Müqayisə üçün, "Netflix"in ən məşhur seriallarından biri olan "Pərəstiş dövrü” 140 milyon baxış həddini keçib. Harrinin polo və bağçılıq haqqında çəkdiyi sənədli film isə yalnız 500 min izləyici toplaya bilib.
Platforma nümayəndələrinin dediyinə görə, Meqan və Harrinin layihəsi parlaq, lakin darıxdırıcıdır. "Netflix" rəhbərliyi bu əməkdaşlığı "bədbəxt bir fəsil” kimi görür və onun sona çatmasını gözləyir.
Mənbələr qeyd edir ki, bu vəziyyət yalnız maliyyə deyil, həm də şəxsi münasibətləri gərginləşdirib. Boşanma ehtimalı yüksəkdir, cütlük hazırda özəl şəkildə münasibətlərini yenidən dəyərləndirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya