Ukrayna Silahlı Qüvvələrinin Saratova hücumu nəticəsində 10 nəfər yaralanıb, onlardan 3-ü uşaqdır.
Sherg.az xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busargin məlumat verib.
Onun sözlərinə görə, yaralılara tibbi yardım göstərilib, 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur.
Hücum nəticəsində yaşayış binalarına da çoxsaylı ziyan dəyib. Şəhər rəhbərliyinə sakinlərin müraciət edə bilməsi üçün təcili operativ qərargahın yaradılması tapşırılıb.