Şavkat Mirziyoyev iğtişalar baş verən Nukusa gedib
14:51 02.07.2022
Dünya
472
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşlar baş verən Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukusa gedib.
APA xəbər verir ki, bu barədə Özbəkistanın "kun.uz" saytı məlumat yayıb.
Bildirilib ki, prezident təyyarəsindən başqa, daha bir hökumət təyyarəsi də Nukusa uçub.
Qeyd edək ki, Qaraqalpaq Özbəkistanın tərkibində muxtar respublikadır. Ölkənin şərqində yerləşən muxtar qurum Özbəkistan ərazisinin 40%-ni əhatə edir. Özbək və qaraqalpaq dilləri muxtar respublikanın rəsmi dilləridir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən həftə Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsi təklifi ilə çıxış edib.
Parlamentin qərarı ilə ümumxalq müzakirələri iyulun 4-dək davam edəcək, daha sonra qanun layihəsi referenduma çıxarılacaq.
Layihədə Konstitusiyanın 64 maddəsinə 200-dən artıq dəyişiklik təklif olunur. Onların arasında Özbəkistan Prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, ölüm hökmünün ləğv olunması, ölkə vətəndaşlarının xarici dövlətlərə verilməsinin qadağan edilməsi də var.
Yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilir.
Qaraqalpaqlar bu maddənin Konstitusiyadan çıxarılmasına etiraz məqsədilə iyulun 1-də etiraz aksiyası keçiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə